Növbəti köç karvanı Həsənriz kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB-2



Ağdərə rayonunun Həsənriz kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.
Crossmedia.az xəbər verir ki, açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə ölkənin müxtəlif yerlərindən, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr köç ediblər.
Artıq doğma kəndinə köçən ailələrin sayı 70-ə (238 nəfər) çatdırılıb.
13:07
Ağdərə rayonunun Həsənriz kəndinə yola salınan növbəti köç karvanı artıq kəndə çatıb.
Crossmedia.az-ın verdiyi xəbərə görə, Həsənriz kəndinə köçün 3-cü mərhələsində 20 ailə köçürülüb.
Köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu mərhələ də daxil olmaqla, Həsənriz kəndinə 70 ailə (238 nəfər) köçürülüb.
11:22
Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.
Bu, Həsənriz kəndinə köçürülmənin üçüncü mərhələsidir. Bu mərhələdə kəndə 20 ailə - 72 nəfər köçürülür.
Həsənriz kəndinə köç edən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar həmçinin torpaqları işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlər minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, eləcə də ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.(Report)
14:02 11.04.2025
Oxunuş sayı: 1737