Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər


Misirin Vəqflər Nazirliyinin təşkilatçılığı ilə Qahirədə “İslam dünyası xalqlarının ərəb dilinin inkişafında rolu” mövzusunda seminar keçirilib. Seminarın budəfəki qonağı Qahirə Universitetinin müəllimi, Azərbaycan-Misir Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri Seymur Nəsirov çıxış edərək azərbaycanlı alimlərin ərəb dilinin inkişafına verdiyi töhfələrdən danışıb. Qeyd edilib ki, sovet dövründə İslam dini sıxışdırılsa da, bu dinin müqəddəs kitabının nazil olduğu ərəb dili sahəsində Azərbaycanda böyük alimlər yetişib. Azərbaycan alimləri ərəb dilinin inkişafına tarixən böyük töhfələr verib.
S.Nəsirov çıxışında Azərbaycan alimlərindən Xətib Təbrizi, İzzəddin Zəncani və başqalarının yaradıcılığına da toxunub.
06:50 09.04.2025
Oxunuş sayı: 1719