ABŞ vitse-prezidenti: Avropa təhlükəni Rusiyada yox, özündə axtarmalıdır

Avropa təhlükəsizliyi üçün əsas təhdidin Rusiya olmadığını düşünürsə, yanılır. Bu fikri ABŞ-nin vitse-prezidenti Cey Di Vens (J. D. Vance) səsləndirib.
“Etiraf etmək lazımdır ki, Avropa üçün əsas təhlükə nə Rusiya, nə də Çindir. Əsas təhlükə onun daxili problemləridir: Avropanın mədəni əsaslarını dağıdan miqrasiya siyasəti, rəqabət qabiliyyətini azaldan iqtisadi siyasət və təhlükəsizlik siyasəti. Onların liderləri Rusiyanı dünyanın əsas təhlükəsi adlandırırlar. Ancaq eyni zamanda milyardlarla dəyərində Rusiya qazı alır və ÜDM-in cəmi 1 faizini müdafiəyə xərcləyirlər. Halbuki biz bu sahəyə 3–4 faiz ayırırıq. Avropada sözlə əməl bir-birini tutmur”, – deyə Vens bildirib.
Fidan Xəlilova
16:11 04.04.2025
Oxunuş sayı: 1042