Floridada Novruz bayramı qeyd olunub

Qədim tarixi keçmişimizi və adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı okeanın o tayında qeyd olunub. ABŞ-nin Florida ştatının Orlando şəhərində yaşayan diaspor fəalı Sevinc Kirkland Aliyevanın təşkilatçılığı ilə bayram tədbiri keçirilib.
Bayrama Orlando və Tampa şəhərlərində yaşayan soydaşlarımız, o cümlədən Florida Azərbaycan İcmasının rəhbəri Esmira Bayramova qatılıb. Tədbirdə Novruz bayramına xas adətlər icra edilib, Azərbaycan mətbəxinin ləziz təamları təqdim olunub, milli musiqilər səsləndirilib.
14:53 03.04.2025
Oxunuş sayı: 721