Amerikalı yazıçı: “Ukraynada azadlıq miras deyil”

Amerikalı yazıçı məşhur yazıçı Qraden Keller Ukraynanın mükəmməl olmadığını, lakin azadlıq uğrunda mübarizəsinin onu fərqləndirdiyini bildirib:
Crossmedia.az xəbər verir ki, bu barədə "Kyivindependent" xəbər saytı məlumat yayıb.
"Ukraynada azadlıq miras deyil, uğrunda mübarizə aparmağa dəyər bir dəyərdir. İnsanlar burada demokratiyanın öz-özünə mövcud olmadığını anlayırlar",- deyə o qeyd edib.
Bundan əlavə, Keller ABŞ-də demokratiyanın çox vaxt doğuşdan gələn hüquq kimi qəbul edildiyini, Ukraynada isə onun qorunması üçün mübarizə aparıldığını vurğulayıb.
"Ukraynanın mübarizəsi təkcə ərazi üçün deyil, öz taleyini seçmək haqqı üçündür. ABŞ-da isə siyasət respublikanı qorumaqdan çox, şəxsi maraqlara və qalib gəlməyə yönəlib",- o bildirib.
Fatimə Məmmədova
20:26 27.03.2025
Oxunuş sayı: 1621