SDQ Suriya ordusuna inteqrasiya edəcək

Suriya Demokratik Qüvvələri (SDQ) Suriya ordusuna inteqrasiya edəcək. Burada önəmli olan bu inteqrasiyanın necə olacağıdır.
Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Türkiyə Silahlı Qüvvələrinin (TSK) ehtiyatda olan polkovniki Unal Atabay bildirib.
”Əgər SDQ tamamilə özünü ləğv edib inteqrasiya edəcəksə, bu zaman biz bu razılaşmanı faydalı hesab edə bilərik. Yox, əgər SDQ tam olaraq vahid bir qrup formasında inteqrasiya edəcəksə, bu, artıq İraqda olduğu kimi xüsusi status demək olacaq. Bu o anlama gələcək ki, Suriyanın şimal-şərqində xüsusi statuslu ərazi idarəetməsi olacaq. Digər tərəfdən, indi bizim dəstəklədiyimiz “SMO” Tişrin bəndində “YPG” ilə savaşır”,- deyə o bildirib.
11:05 11.03.2025
Oxunuş sayı: 3068