Middle East News: İraq İran qazına alternativ axtarır

İraq İran qazına alternativ axtarır. Crossmedia.az “Middle East News”a istinadla xəbər verir ki, Cənubi İraq Qaz Şirkətinin rəhbəri bəyanat yayıb.
“Bağdad indi ABŞ-ın İrandan elektrik enerjisi idxalını əngəlləməklə bağlı addımından sonra Qətər və Omanı qaz təchizatı üçün mümkün variant kimi nəzərdən keçirir”,- deyə o bildirib.
Nəzrin Salmanova
09:11 11.03.2025
Oxunuş sayı: 17374