Bakıda bu yollarda sürət həddi bərpa edildi

Bakıda qarla əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qarlı hava şəraiti səbəbindən Zığ dairəsi-Hava Limanı, Buzovna-Zağulba yollarında, Mərdəkan şosesində və Heydər Əliyev prospektində endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
18:53 01.03.2025
Oxunuş sayı: 714