Əziz Ələkbərli: "Qərbi Azərbaycan həqiqətlərini əks etdirən materiallar dərsliklərə daxil edilməlidir"

Bu yaxınlarda Qərbi Azərbaycan İcması ilə orta məktəblərə dərslik hazırlayan bir qrup müəllim heyəti ilə görüş keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə İcma sədri Əziz Ələkbərli jurnalistlərə açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, məqsəd Qərbi Azərbaycan həqiqətlərinin orta məktəb dərslikləri səviyyəsində təbliğidir:
“Yəni biz düşünürük ki, bu ideyanın inkişafı bilavasitə auditoroya və sinif otaqlarından keçir. Qərbi Azərbaycan həqiqətlərini özündə əks etdirən materiallar dərsliklərə daxil edilməlidir”.
16:53 27.02.2025
Oxunuş sayı: 986