Əziz Ələkbərli: Çalışacağıq ki, Qərbi Azərbaycana qayıdış problemi gələcək nəsillərə qalmasın

Qərbi Azərbaycana qayıdış ideyasının inkişafı gənclərin bu ideyanı mənimsəməsindən və bu ideya istiqamətində səfərbər olmasından asılıdır.
Crossmedia.az xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli İcmanın Ağsaqqalar Şurasının gənclərlə görüşündə deyib.
İcma sədri bu kimi görüşlərin davamlı keçiriləməsinin vacibliyinə diqqət çəkib.
“Biz çalışacağıq ki, gələcək nəsillər üçüm bu problem qalmasın, yəni oraya - Qərbi Azərbaycana qayıdışımız gerçəkləşsin”.
16:33 27.02.2025
Oxunuş sayı: 792