Rusiya ABŞ-a nadir metallar təklifi edib

Rusiya ABŞ-a Donbas və Zaporojye bölgələrindəki nadir torpaq metalları üzərində mülkiyyət hüququ təklif edib.
Crossmedia.az xarici KİV-ə istinadla bildirir ki, Rusiya Prezidenti Vladimr Putinin köməkçiləri keçən həftə Səudiyyə Ərəbistanında keçirilən görüş zamanı keçmiş ABŞ Prezidenti Donald Trampın administrasiyasına bu təklifi irəli sürüblər. Rusiya “yeni ərazilərdə” ABŞ-a müəyyən mülkiyyət hüquqlarını verməyə hazırdır.
Hazırda saziş müzakirə mərhələsindədir, lakin ABŞ tərəfi bu variantı tamamilə istisna etmir.
Həmçinin Amerika rəsmiləri bildiriblər ki, belə bir razılaşma Rusiyaya Donbas və Zaporojyedə nəzarəti saxlamağa təminat verə bilər.
Həmçinin qeyd edilib ki, Tramp iş adamıdır, Putin bunu anlayaraq bu addımı atıb.
Fidan Xəlilova
16:28 27.02.2025
Oxunuş sayı: 987