Vüsal Şıxəliyev: "Azərbaycanda 430 elektrikdoldurma cihazı quraşdırılıb"

Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələri üçün infrastrukturun genişləndirilməsi çərçivəsində "Azərişıq" ASC və 12 sahibkar 195 məntəqədə 430 elektrikdoldurma cihazı quraşdırıb.
Crossmedia.az xəbər verir ki, bunu Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi” altqrupunun bu il üçün prioritet vəzifələrinə həsr olunmuş iclasında Komissiyanın katibi Vüsal Şıxəliyev bildirib.
Onun sözlərinə görə, bu addım elektrik nəqliyyat vasitələrinin geniş yayılması üçün vacib infrastrukturun formalaşmasına töhfə verib.
"Bu elektrikdoldurma cihazları vahid platformada birləşdirilməlidir ki, istifadəçilər üçün daha rahat və əlçatan olsun," – deyə V.Şıxəliyev qeyd edib.
11:49 27.02.2025
Oxunuş sayı: 933