CROSSMEDIA - Peşə kurslarını bitirən 300 nəfər Xankəndi tikiş fabrikində işlə təmin edilib
Əmək və sosial siyasət

Peşə kurslarını bitirən 300 nəfər Xankəndi tikiş fabrikində işlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki ilə əməkdaşlıq çərçivəsində tikişçilik üzrə ixtisaslı kadrların hazırlanmasını və həmin fabrikdə işlə təminatını davam etdirir. Bu sahədə ilk mərhələ kimi, Agentlik tərəfindən tikiş avadanlıqlarının operatoru, tikişçi və yükdaşıma mütəxəssisi peşələri üzrə kurslar təşkil edilib. Əsasən işğaldan azad olunan ərazilərə köçürülmüş, həmçinin ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdən ibarət 400 şəxs həmin kurslara cəlb edilib.

Nəzəri və praktiki hissələrdən ibarət olmaqla təşkil edilən kursları bitirən 300 nəfərin fabrikdə məşğulluğu təmin olunub. Peşə təlimini davam etdirən digər şəxslərin də kursları bitirdikcə müəssisədə işlə təminatı həyata keçiriləcək.

Prosesin davamı olaraq Dövlət Məşğulluq Agentliyi həmin kateqoriyalara aid şəxslərdən daha bir qrupu üçün yaxın günlərdə tikişçilik sahəsi üzrə peşə hazırlığı kursu təşkil edəcək. Həmin kursu başa vuranlar da Xankəndi tikiş fabrikində çalışacaqlar.

16:13 26.02.2025

Oxunuş sayı: 948

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR