CROSSMEDIA - Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının qurbanlarını yad edib
Gündəm

Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının qurbanlarını yad edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı paylaşım edib.

Crossmedia.az xəbər verir ki, paylaşımda deyilir:

Ağrısını heç vaxt unutmayacağımız, kədərini hər zaman içimizdə daşıyacağımız Xocalı soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı bacı və qardaşlarımızı rəhmətlə yad edirəm.

Yaxşı və pis gündə bir yerdə olduğumuz qardaş Azərbaycan xalqına başsağlığı verirəm”.

Xatırladaq ki, Ermənistanın uzun illər azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, nifrət və soyqırımı siyasəti nəticəsində törədilmiş, bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqırımından 33 il ötür.


13:45 26.02.2025

Oxunuş sayı: 1113

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR