CROSSMEDIA - KİV: Almaniyada keçirilən seçkilərdə Ukrayna qalib gəldi
Xarici xəbərlər

KİV: Almaniyada keçirilən seçkilərdə Ukrayna qalib gəldi

Almaniyada keçirilən parlament seçkilərinin nəticəsində Ukrayna qalib gəldi. 

Crossmedia.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb. 

Bildirilib ki, fevralın 23-də keçirilən növbədənkənar Bundestaq seçkilərində Xristian Demokrat İttifaqı/Xristian Sosial Birlik (CDU/CSU) blokundan olan namizəd Fridrix Merz qalib gəlməsi Berlinin Ukraynaya dəstəyinin güclənəcəyini göstərir: "Almaniyada keçirilən seçkilərdə böyük qalib Ukrayna oldu. Seçkilərdə Almaniyanın Ukraynaya dəstəyinin gücləndirilməsinin qızğın tərəfdarı olan Fridrix Merz qalib gəldi. O, fevralın 24-də açıqlama verərək mühafizəkar ittifaqının mərkəz-sol Sosial Demokratlar (SPD) ilə iki partiyalı hökumət qurmaq niyyətində olduğunu bildirib. Hazırda koalisiya danışıqları davam edir. Ukraynaya "Taurus" raketlərinin verilməsinə ehtiyatla yanaşması ilə tanınan vəzifədən gedən kansler Olaf Şolts istefa verəcək.

Nabat Fərzəliyeva

11:50 26.02.2025

Oxunuş sayı: 934

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR