CROSSMEDIA - “The Telegraph”: İran nüvə obyektlərinə mümkün hücuma qarşı hərbi hazırlıq vəziyyətindədir
Xarici xəbərlər

“The Telegraph”: İran nüvə obyektlərinə mümkün hücuma qarşı hərbi hazırlıq vəziyyətindədir

Böyük Britaniyanın The Telegraph qəzeti İran hökumətindəki iki mənbəyə istinadən xəbər yayıb ki, Tehran öz nüvə obyektlərinə mümkün hücum ehtimalına qarşı hər gecə qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirir.

Crossmedia.az xəbər verir ki,, İran əsas raket obyektləri ətrafında müdafiəni gücləndirir və İsrailin bu hücumu qaçılmaz edəcəyindən, həmçinin onun ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən dəstəklənəcəyindən narahatdır.

“İranın nüvə obyektlərinə böyük hücum ölkəni risk altında qoya bilər”, – deyə mənbələrdən biri əlavə edib.

Bu məlumat rəsmi Tehran tərəfindən hələlik şərh olunmayıb.

10:20 26.02.2025

Oxunuş sayı: 870

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR