Xocalı soyqırımına görə məsuliyyət daşıyanların ədalət qarşısında cavab verməsi üçün səylərimizi davam etdiririk - Ceyhun Bayramov

Xocalı soyqırımına görə məsuliyyət daşıyanların ədalət qarşısında cavab verməsi üçün səylərimizi davam etdiririk. Bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov özünün “X” səhifəsində yazıb.
“Bir gecədə uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 613 nəfərin ölümü ilə nəticələnən Xocalı soyqırımından 33 il keçir.
Biz Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və soyqırımı siyasətinin günahsız qurbanlarını xatırlayır və heç vaxt unutmuruq. Bu ağır cinayətlərə görə məsuliyyət daşıyanların ədalət qarşısında cavab verməsi üçün səylərimizi davam etdiririk”, - deyə C.Bayramov bildirir.
23:12 25.02.2025
Oxunuş sayı: 1157