İrakli Kobaxidze Aİ səfirini zorakılığın həmdəstəçisi adlandırdı

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının (Aİ) Tbilisidəki səfiri Pavel Herçinskiyi ölkə parlamenti qarşısında keçirilən etiraz aksiyalarında baş verən zorakılığın həmdəstəçisi adlandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl Herçinski bəyan edib ki, Aİ Gürcüstanda etirazçılara qarşı zorakılıqla barışmayacaq və insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyalar tətbiq etmək üçün iş aparılır. O, həmçinin Aİ daxilində Gürcüstana qarşı sanksiyalar məsələsində yekdilliyin olmadığını, lakin birliyin rəhbərliyinin bunu aradan qaldırmağa çalışdığını qeyd edib.
Baş nazir Kobaxidze isə Herçinskini etirazları qınamamaqda ittiham edərək bu fikirləri səsləndirib:
“Onun açıq şəkildə "Gürcü Arzusu"na qarşı kollektiv milli hərəkatın lehinə kampaniya apardığını xatırlayırsınız.
Onun Gürcüstanda zorakılıqla müşayiət olunan mitinqləri bir dəfə də olsun pisləmədiyini bilirsiniz.
Buna görə də, təəssüf ki, bu şəxs də zorakılığın həmdəstəçisidir və zorakılığı təşviq etməyə davam edir, baxmayaraq ki, bu cəhdi bu dəfə uğursuzdur".
Qeyd edək ki, hadisə Gürcüstan hakimiyyəti ilə Aİ arasında münasibətlərin daha da gərginləşdiyini göstərir.
Fidan Xəlilova
19:28 25.02.2025
Oxunuş sayı: 847