CROSSMEDIA - Deputat: "Pakistan-Azərbaycan münasibətlərinin daha da dərinləşməsi zəruridir"
Gündəm

Deputat: "Pakistan-Azərbaycan münasibətlərinin daha da dərinləşməsi zəruridir"

Pakistanın Baş naziri Şahbaz Şərif Bakıda səfərdədir. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Geniştərkibli görüş zamanı çıxış edən Azərbaycan lideri bildirib ki, Azərbaycan Pakistanla beynəlxalq təsisatlarda bir - birini dəstəkləməkdə davam edəcək. 

Dövlət başçısı əminliklə ifadə edib ki, səfər ölkələr arasında qardaşlıq əlaqələrini gücləndirəcək. 

Bakı - İslamabad əlaqələrində son zamanlar xüsusi dinamika müşahidə olunur. 

Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq, yalnız ikitərəfli münasibətlərdən ibarət olmayıb, həm də beynəlxalq arenada hər iki ölkənin maraqlarını qorumağa yönəlmiş bir əməkdaşlıq modelidir: "Bu əlaqələr, xüsusilə son illərdə daha da möhkəmlənmiş və hərbi, siyasi, iqtisadi, mədəni sahələrdə genişlənmişdir. Tarixi olaraq, Azərbaycan və Pakistan arasında qarşılıqlı dəstək və əməkdaşlıq mövcud olmuşdur.

Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Pakistan Azərbaycan ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir və bu, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq mövcudluğunu təmin edir: "Pakistan, həmçinin Cənubi Şərqi Asiyada müsəlman dünyasının mühüm dövlətlərindən biridir. Son dövrlərdə 

iki ölkə arasında hərbi və siyasi əməkdaşlıq daha da dərinləşib. Pakistanın Azərbaycana maraq göstərməsinin əsas səbəblərindən biri də beynəlxalq platformalarda qarşılıqlı dəstəklə bağlıdır". 

H.Babaoğlu vurğulayıb ki, 44 günlük müharibə dövründə Pakistan bütün potensialı ilə Azərbaycanın yanında olduğunu ifadə etmiş və beynəlxalq platformalarda Azərbaycanın mövqeyini dəstəkləyib: "Bu səbəbdən, iki ölkə arasındakı münasibətlər, xüsusilə Türkiyə-Pakistan platformasında və digər beynəlxalq aləmdə nümunəvi hesab edilir. Beləliklə, Pakistan-Azərbaycan münasibətlərinin daha da dərinləşməsi zəruridir".


Xumar Əhmədova

17:08 24.02.2025

Oxunuş sayı: 1107

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR