CROSSMEDIA - Azərbaycan müstəmləkəçiliyin bütün formalarına qarşı mübarizəni davam etdirəcək
Gündəm

Azərbaycan müstəmləkəçiliyin bütün formalarına qarşı mübarizəni davam etdirəcək

Azərbaycan qlobal miqyasda müstəmləkəçiliyin bütün formalarına qarşı mübarizəni davam etdirəcək.

Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva Fransa müstəmləkələrindən olan media nümayəndələri ilə Milli Qeyri-Hökumət Təşkilatları (QHT) Forumu arasında keçirilən görüşdə deyib.

O qeyd edib ki, Bakı Təşəbbüs Qrupu (BTQ) qlobal platforma olaraq, koloniyaların səsini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışır:

"Biz beynəlxalq təşkilatlarda məsələ qaldırır və BMT-nin diqqətini müstəmləkəçilik probleminə yönəltməyə çalışırıq. Ona görə Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvineyası, Martinik, Qvadelupa, Vallis və Futuna, Korsika, Reunion, eləcə də Mayotda (Qəmər Adaları İttifaqı) müstəqillik tərəfdarları, siyasi liderlər, deputatlar, ekspertlər və sair təşkilatların həm Azərbaycanda, həm də dünyada təşkil etdiyi tədbirlərdə fəal iştirak edirlər".

P.Vəliyeva əlavə edib ki, Azərbaycan qlobal miqyasda müstəmləkəçiliyin bütün formalarına qarşı mübarizəni davam etdirəcək:

"Çünki müstəqillik koloniyaların qanuni haqqıdır. Bunu tarixi ədalətin bərpası kimi də qiymətləndirmək olar".

15:10 24.02.2025

Oxunuş sayı: 1137

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR