CROSSMEDIA - ADY-də yeni təyinat olub
Telekommunikasiya və nəqliyyat

ADY-də yeni təyinat olub

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat həyata keçirilib.

Crossmedia.az xəbər verir ki, ADY-nin yeni yaradılmış Marketinq və tarif siyasəti departamentinin müdiri vəzifəsinə Heydər Cəfərli təyin olunub.

Heydər Cəfərli 1986-cı ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr pilləsində təhsil alıb. 2009-2011-ci illərdə Potsdam Universitetində “İqtisadiyyat və biznes”, 2011-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq iqtisadi münasibətlər”, 2016-2018-ci illərdə isə Drezden Texniki Universitetində “Layihə idarə edilməsi” ixtisasları üzrə magistratura pilləsində təhsil alıb.

Peşəkar fəaliyyəti dövründə Dövlət Məşğulluq Xidməti (indiki Dövlət Məşğulluq Agentliyi) və “Aqro-Azərinvest” MMC-də rəhbər vəzifələrdə çalışıb. 2018-ci ildən ADY-nin müxtəlif struktur bölmələrində rəhbər vəzifələrdə işləyən Heydər Cəfərli 2023-cü ilin avqustundan Kommersiya departamentinin müdir müavini olub və müdiri vəzifəsini icra edib.

14:10 24.02.2025

Oxunuş sayı: 1355

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR