Avropa İttifaqı Rusiyanın 13 bankını SWIFT ödəniş sistemindən ayırıb

Avropa İttifaqı 16-cı sanksiya paketi çərçivəsində Rusiyanın 13 bankını SWIFT ödəniş sistemindən ayırıb.
Crossmedia.az xarici kiv-ə istinadən xəbər verir.
Verilən məlumata görə, yeni sanksiyalar paketi 13 banka, “kölgə donanmasının” 73 gəmisinə qarşı məhdudlaşdırıcı tədbirləri, habelə Rusiyadan alüminiumun idxalına qadağanı nəzərdə tutur.
Aİ Hindistan, Qazaxıstan, Çin, BƏƏ, Sinqapur, Türkiyə və Özbəkistan da daxil olmaqla 53 şirkəti qara siyahıya salıb. Eyni zamanda, Rusiyaya neft və qaz hasilatı üçün proqram təminatı, avadanlıq və texnologiyaların tədarükünə yeni məhdudiyyətlər tətbiq edib.
14:05 24.02.2025
Oxunuş sayı: 951