Netanyahu: Suriyanın cənubu tamamilə təmizlənməlidir

İsrailin Baş naziri Benyamin Netanyahu Suriyanın cənubundakı vəziyyətlə bağlı açıqlama verib. O, bölgədə yeni rejim qüvvələrinin iştirakını qəbul etmədiklərini və İsrailin təhlükəsizliyi üçün konkret addımlar atacağını bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media yazıb.
“Biz Suriyanın cənubunun yeni rejimin hərbi qüvvələrindən tamamilə təmizlənməsini tələb edirik. Təhrir əş-Şam və ya Yeni Suriya Ordusunun Dəməşqin cənubundakı ərazilərə daxil olmasına icazə verməyəcəyik”, – deyə Netanyahu vurğulayıb.
O, həmçinin bölgədə yaşayan druz icmasının qorunacağını və onlara qarşı hər hansı təhdidə qarşı sərt tədbirlər görüləcəyini bildirib:
“Biz Suriyanın cənubunda druzları qorumaqda qərarlıyıq və onlara qarşı heç bir təhdidlərə dözməyəcəyik”.
Qeyd edək ki, Netanyahunun bu bəyanatları İsrailin Suriyadakı vəziyyətə dair mövqeyini bir daha nümayiş etdirir və regionda mümkün gərginliklərin davam edəcəyinə işarə edir.
Fidan Xəlilova
13:51 24.02.2025
Oxunuş sayı: 1360