ABŞ İnstitutu Putinin qələbə strategiyasını açıqladı: ABŞ-nin Ukraynaya yardımlarını dayandırmağa çalışır

Kreml Qərbi çaşdırmaq üçün yeni informasiya hücumuna başlayır.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitundan bildirilib.
Qeyd olunub ki, Rusiya dövlət mediası və Kreml rəsmiləri uzun müddətdir mövcud olan Rusiya narrativlərindən istifadə edərək ABŞ və Ukrayna arasında gərginlik yaratmağa və Vaşinqtonun Kiyevə dəstəyinə inamı sarsıtmağa çalışır.
"Ukraynanın Baş Hərbi Kəşfiyyat İdarəsi fevralın 21-də Kremlin Rusiya dövlət mediası nümayəndələrinə və informasiya məkanında nüfuzlu şəxslərə Ukrayna cəmiyyətində parçalanma yaratmaq və Ukraynanı Qərb müttəfiqləri arasında nüfuzdan salmaq üçün narrativləri gücləndirmək əmri verdiyini bildirib. İdarənin məlumatına görə, Rusiya təbliğatçıları Qərbin Ukraynanı "xəyanətə uğratdığı," ABŞ-ın Avropanın və Ukraynanın fikirlərini nəzərə almadığı, Ukrayna hökumətinin qeyri-legitim olduğu, Ukrayna ordusunun cəbhədə geri çəkildiyi və "korrupsionerlərin" ABŞ-ın ayırdığı milyardlarla dolları mənimsədiyi iddialarını qabartmağa çalışır", - məlumatda bildirilib.
İnstitut son günlər Kremlin rəsmilərinin və Rusiya informasiya məkanındakı nüfuzlu şəxslərin bu narrativləri gücləndirdiyini və Ukrayna ilə onun Qərb müttəfiqləri arasında gərginlik yaratmağa çalışdığını müşahidə edib: "Rusiya Prezidenti Vladimir Putinin qələbə strategiyası Qərbin Ukraynaya dəstəyinin tükənəcəyi ehtimalına əsaslanır və o, xüsusilə ABŞ-ın yardımlarını dayandırmağa çalışır".
Nabat Fərzəliyeva
12:46 24.02.2025
Oxunuş sayı: 1370