ABŞ Ukraynaya hərbi dəstəyi dayandırdı

Vaşinqton, ABŞ Prezidenti Donald Trampın müvafiq fərmanı ilə Ukraynaya hərbi və iqtisadi yardımı dayandırıb.
Crossmedia.az bu barədə The Washington Post (WP) qəzetinə istinadən xəbər verir.
Nəşrin mənbəsinin sözlərinə görə, fərman iqtisadi yardımın da müvəqqəti dayandırılmasına səbəb olub, lakin büdcə dəstəyi hələ də davam edir.
Xatırladaq ki, yanvarın 21-də Tramp bütün xarici yardım proqramlarını 90 gün müddətinə dayandıran fərman imzalayıb.
Gültac Mehdizadə
15:34 29.01.2025
Oxunuş sayı: 3609