Aİ Rusiyadan alüminium idxalına qadağanı müzakirə edir

- Avropa İttifaqı (Aİ) Rusiyadan alüminium idxalına mərhələli qadağa və yeni sanksiyalar paketi hazırlayır.
- Crossmedia.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, bu addım Ukrayna müharibəsinin üçüncü ildönümü ərəfəsində gündəmə gəlib.
- Plana əsasən, bir il ərzində kvota sistemi tətbiq ediləcək. Sonra isə idxala tam qadağa qoyulacaq. Sanksiyalar paketinin qüvvəyə minməsi üçün bütün Aİ ölkələrinin təsdiqi tələb olunur. Lakin bəzi üzv dövlətlər bu qadağanı dəstəkləmir və Rusiyadan idxal edilən bəzi məhsulların əvəz edilməsinin çətinliyini vurğulayır.
- 2024-cü ilin ilk 11 ayında Aİ Rusiyadan 320 min ton alüminium idxal edib. Bu, ümumi tədarükün 6%-ni təşkil edir.
- Bundan əlavə, yeni sanksiyalar çərçivəsində təxminən 15 bankın SWIFT-dən çıxarılması və Rusiya neftini daşıyan 70-dən çox gəmiyə qarşı məhdudiyyətlər tətbiq edilməsi də müzakirə olunur.
- Gültac Mehdizadə
15:16 29.01.2025
Oxunuş sayı: 3210