Rusiyaya təzyiqlər artacaq

- ABŞ Dövlət Katibi Marko Rubio dövlət katibi kimi ilk dəfə Avropa İttifaqının (Aİ) xarici məsələlər üzrə ali komissarı Kaja Kallas ilə telefon danışığı aparıb.
- Crossmedia.az xəbər verir ki, telefon danışığı zamanı tərəflər Rusiyanı sülh prosesinə cəlb etmək üçün ona qarşı təzyiqlərin artırılması ilə bağlı razılaşıblar.
- Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında ilk telefon danışığı fevralın əvvəli baş tuta bilər.
- Analitiklərin fikrincə, məhz bu danışıqlardan sonra ABŞ-ın Ukrayna strategiyası məlum olacaq.
14:18 29.01.2025
Oxunuş sayı: 3324