Nurullah Nuri: Xarici qüvvələr Əfqanıstanda sabitliyi pozmağa çalışır

"Xarici
kəşfiyyat agentlikləri Əfqanıstanda məqsədyönlü şəkildə gərginlik yaradır".
Crossmedia.az
xarici mətbuata istinadən xəbər verir ki, Taliban hökumətinin sərhədlər, etnik
qruplar və tayfalar üzrə naziri Nurullah Nuri bu barədə açıqlama verib.
"Xarici
kəşfiyyat qurumları xalqımızı çaşdırmaq üçün külli miqdarda vəsait xərcləyir və
yeni problemlər yaradır," – deyə, o, bildirib.
Nuri
hesab edir ki, Əfqanıstanın ABŞ-ın hərbi müdaxiləsinə müqavimət göstərməsində əsas
amil milli birlik olub. O, bütün daxili problemlərin xarici müdaxilə olmadan həll
edilməsinin vacibliyini vurğulayıb.
13:38 29.01.2025
Oxunuş sayı: 2934