Hakan Fidan: Dünya çətin dövrdən keçir

- Azərbaycan, Türkiyə və Özbəkistan arasında Ankarada xarici işlər, iqtisadiyyat/treydinq və nəqliyyat nazirlərinin ikinci üçtərəfli görüş keçirilib.
- Crossmedia.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan, görüş çərçivəsində çıxışında bildirib ki, son dövrlərdə dünyanın qarşılaşdığı qlobal çağırışlar Orta Dəhlizin ən etibarlı və iqtisadi baxımdan sərfəli marşrut olduğunu açıq şəkildə göstərib.
- H.Fidan, hazırda dünyanın çətin dövrdən keçdiyini, lakin türkdilli ölkələrin tarixi əlaqələrə əsaslanaraq həmrəylik və birliyini davam etdirdiyini vurğulayıb.
- O, həmçinin qeyd edib ki, bu ölkələr yalnız öz bölgələrində deyil, bütün dünyada sülh və rifahın təmin olunması üçün səylər göstərir. Nazir TDT-nin ortaq məqsədlərə çatmaq üçün birgə və qərarlı addımlar atmağa davam edəcəyini də əlavə edib.
- Fidan Hacızadə
13:33 29.01.2025
Oxunuş sayı: 3113