ABŞ İsraildən Ukraynaya onlarla “Patriot” raketi göndərib

ABŞ ordusu bu həftə İsraildə saxlanılan təxminən 90 ədəd “Patriot” hava hücumundan müdafiə raketini Polşaya köçürüb və oradan Ukraynaya göndərməyi planlaşdırır.
Crossmedia.az bu barədə “Axios” nəşrinə
istinadən istinadən məlumat verir.
Bu, müharibənin başlanmasından bəri İsraildən Ukraynaya edilən ən iri silah tədarükü hesab olunur.
Qeyd edək ki, ötən ilin aprelində İsrail Hərbi Hava Qüvvələri “Patriot” hava hücumundan müdafiə sistemini rəsmi olaraq silahlanmadan çıxarıb. Bu sistem İsrailə ilk dəfə 1991-ci ildə, Körfəz müharibəsi zamanı verilmişdi.
Son illərdə İsrailin öz hava müdafiə
sistemlərini inkişaf etdirməsi ilə “Patriot”un əhəmiyyəti azalmış, əksər
batareyalar təlim məqsədilə istifadə olunmuş və ya anbarlara yerləşdirilmişdi.
Gültac Mehdizadə
12:45 29.01.2025
Oxunuş sayı: 2612