F-35 qırıcı təyyarəsi qəzaya düşüb

ABŞ-nin beşinci nəsil F-35 qırıcısı Alyaskadakı Eylson aviabazasında qəzaya uğrayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə
“Anchorage Daily News” nəşri məlumat yayıb.
Bildirilib ki, pilot sağ qalıb.
Hadisə yerli vaxtla günorta saatlarında baş verib. Hərbi təyyarə eniş-qalxma zolağında qəzaya düşüb. Pilot xəstəxanaya aparılaraq tibbi müayinə edilib.
Qəzetin məlumatına görə, bir F-35-in
təxmini dəyəri 81 milyon dollar təşkil edir. Aviabaza rəhbərliyi hadisənin təkrarlanmaması
üçün hərtərəfli araşdırma aparılacağını bildirib.
Gültac Mehdizadə
12:29 29.01.2025
Oxunuş sayı: 2777