Əlcəzairdən Fransa səfirinə ETİRAZ

- Yanvarın 28-də Əlcəzair Fransa səfiri Stefan Romateyi Xarici İşlər Nazirliyinə çağırıb. Ona Paris hava limanlarında əlcəzairli vətəndaşlara qarşı təxribat xarakterli rəftara görə ciddi etiraz bildirilib.
- Crossmedia.az xəbər verir ki, bu barədə “Anadolu” xəbər agentliyi məlumat yayıb.
- Əlcəzair XİN bu cür hərəkətlərin qəbuledilməz olduğunu bəyan edib. O, bir neçə əlcəzairli vətəndaşın Parisin Şarl de Qoll və Orli hava limanlarında sərhəd polisi tərəfindən təxribat xarakterli, alçaldıcı və diskriminasiyaya məruz qaldıqları barədə ifadələrinə görə narahatlığını ifadə edib. Nazirlik səfirə bu halların qarşısını almaq üçün bütün zəruri tədbirlərin vacibliyini bildirib və bunu Fransa hökümətinə çatdırmağı tələb edib.
- Əlcəzair qəzetlərinin yazdığına əsasən, Parisin hava limanlarına gələn sərnişinlər çox pis rəftara məruz qalıb. Məqalələrə əsasən, hava limanının rəhbərliyi Əlcəzair sərnişinlərinin gəlişi zamanı qəsdən bütün viza pəncərələrini bağlayaraq, onlara cəmi bir pəncərə açıq qoyub. Nəticədə insanlar uçuş müddətindən daha uzun müddət növbədə gözləməli olublar ki, pasportlarına möhür vurulsun. Əlcəzair mediası Fransanın daxili işlər naziri Bruno Retaionun bu sərt rəftarın arxasında dayandığını bildirərək, bunu "intiqam" adlandırıb.
- Son aylarda Əlcəzair-Fransa münasibətləri getdikcə daha da gərginləşir. Buna səbəb isə Parisin Mərakeşin Qərbi Saxara bölgəsinə dair avtonomiya təklifini qəbul etməsidir. İki ölkə arasındakı diplomatik əlaqələr hələ də qeyri-sabitdir. Xüsusən də Fransa tərəfindən 132 il ərzində (1830-1962) Əlcəzairin müstəmləkə altında saxlanması ilə bağlı həll olunmamış problemlər bu münasibətlərə təsir edir. Paris hələ də tarixi ədalətsizlikləri aradan qaldırmaqdan imtina edir və bu da Əlcəzair cəmiyyətinə təsir göstərməyə davam edir.
- Tərlan Əmrahova
12:31 29.01.2025
Oxunuş sayı: 2771