Bu brendlər İranı tərk edir

Böyük texnologiya brendləri beynəlxalq sanksiyalar və ABŞ-nin təzyiqləri səbəbindən İran bazarını tərk edib.
Crossmedia.az bu barədə İran KİV-inə istinadən xəbər verir.
Məlumata görə, iri texnoloji şirkətlərin tədricən İran bazarını tərk etməsindən sonra, IBM, HP və “Apple” kimi brendlər də artıq fəaliyyətlərini məhdudlaşdırıb. Bildirilib ki, bu yaxınlarda İranı boykot edən brendlər arasına “Asus” və “Lenovo” kimi digər böyük şirkətlər də qoşulub.
İranın Kompüter Texnologiyası Birliyinin rəhbəri Məhəmmədrza Fərəci Tehrani də başverənləri təsdiq edib və sanksiyaların İranın texnologiya bazarına təsirini etiraf edib. O, IT avadanlıqlarının idxalı ilə bağlı çətinliklərə toxunaraq, problemin dolayı yollarla həll edilməsinə çalışdıqlarını söyləyib.
12:44 28.01.2025
Oxunuş sayı: 2368