İran generalı Rusiyadan Su-35 qırıcılarını aldıqlarını təsdiqləyib

Tehran Rusiyadan Su-35 qırıcıları alıb. Bu məlumatı İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının rəis müavini – İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Əli Şadmani bildirib.
"Su-35 qırıcıları alınıb. Nə vaxt ehtiyacımız varsa, hava, quru və dəniz qüvvələrimizi gücləndirmək üçün hərbi texnika alacağıq", deyə general Şadmani bildirib.
General İranın aldığı qırıcıların sayını açıqlamayıb. Şadmaninin qeyd etdiyi kimi, İran silahlı qüvvələri də 26 oktyabr 2024-cü ildə İsrailin son hücumu zamanı zədələnənləri əvəz etmək üçün yerləşdirilən yeni hava hücumundan müdafiə sistemlərini də uğurla sınaqdan keçirib.
Keçən ilin noyabrında “Flugrevue” portalı İran Hərbi Hava Qüvvələrinin ABŞ-in köhnə istehsalı olan F-14 "Tomcat" qırıcılarını əvəz etmək proqramı çərçivəsində Rusiyadan ilk iki Su-35SE qırıcısını aldığını bildirmişdi. Portalın məlumatına görə, Tehran əvvəlcə Moskvadan 25 ədəd Su-35SE sifariş verib. Daha sonra sayın 50 qırıcıya qədər artırıldığı bildirilib.
Su-35 4++ nəslinin çoxfunksiyalı qırıcısıdır, Su-27/Su-30 qırıcıları ailəsi və onların modifikasiyası üçün əsas olan T-10S platformasında istehsal edilən sonuncu təyyarədir. Bu, Su-27-nin aerodinamikasına və beşinci nəsil döyüş təyyarələrinin bort elektron avadanlığının elementlərinə malik konseptual cəhətdən yeni qırıcıdır.
Su 35 qırıcısı, mərhələli radar massivi və itələmə vektoru ilə idarə olunan mühərriklərlə təchiz edilmişdir. Onun sürəti 2500 km/saat sürətə, maksimum uçuş məsafəsi 3400 km-ə çatır, döyüş radiusu isə təxminən 1600 km-dir. Qırıcı 30 mm-lik topla silahlanıb və bomba və raketlər üçün 12 bölməyə malikdir.
02:00 28.01.2025
Oxunuş sayı: 4219