Tonlarla narkotik maddə aşkarlanaraq məhv edilib

Suriyada təhlükəsizlik qüvvələri fermada tonlarla narkotik maddə aşkarlayıb və onları məhv edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri, aralarında 4 ton metamfetamin, 30 ton kimyəvi maddənin olduğu maddələri boş ərazidə yığıb alovlandıraraq məhv ediblər.
Qeyd edək ki, yaxınlıqdakı kənddə həyata keçirilən başqa bir əməliyyatda bir anbarın içərisində paketlənmiş və paylamağa hazır minlərlə tramadol həbi də yandırılaraq məhv edilib.
Fatimə Məmmədova
13:15 24.01.2025
Oxunuş sayı: 4277