Amerika kəşfiyyatının yeni direktoru təsdiqlənib

- ABŞ Konqresinin Yuxarı palatası cümə axşamı Prezident Donald Trampın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) direktoru vəzifəsinə irəli sürdüyü Con Retkliffin namizədliyini təsdiqləyib.
- Crossmedia.az xəbər verir ki, yayımı C-SPAN telekanalı aparıb.
- Yanvarın 20-də Senatın Kəşfiyyat üzrə Xüsusi Komitəsi onun namizədliyinin irəli sürülməsinə səs verib, Yuxarı Palataya onun vəzifəyə təsdiqlənməsini tövsiyə edib.
- Retkliffin namizədliyini 74 senator dəstəkləyib, 25 nəfər isə onun əleyhinə səs verib.
05:12 24.01.2025
Oxunuş sayı: 2730