CROSSMEDIA - Tramp Putinə ultimatum verdi
Xarici xəbərlər

Tramp Putinə ultimatum verdi

ABŞ-nin yeni prezidenti  Donald Tramp sosial şəbəkə olan Truth Social-da Rusiya prezidenti Vladimir Putinə ultimatum elan edib.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, əgər Ukrayna ilə təcili şəkildə sülh bağlanmazsa, Rusiya ixracatına tam sanksiyalar tətbiq edəcəyini vəd edib.

“Mən çökməkdə olan Rusiya iqtisadiyyatına və prezident Putinə çox yaxşı bir təklif edəcəyəm. İndi razılaşın və bu lazımsız müharibəni dayandırın! Əks halda vəziyyət yalnız pisləşəcək. Əgər biz tezliklə razılaşma əldə etməsək, Rusiyanın ABŞ-yə və digər iştirakçı ölkələrə satdığı hər şeyə yüksək vergilər, tariflər və sanksiyalar tətbiq etməkdən başqa seçimim qalmayacaq.

Gəlin nəhayət bu müharibəni dayandıraq. Əgər mən prezident olsaydım, bu müharibə heç vaxt başlamazdı. Biz bunu yaxşı və ya pis yolla edə bilərik, amma həmişə yaxşı yol daha yaxşıdır. Razılaşma vaxtıdır. Daha  çox itki verməyə gərək yoxdur"! – deyə Tramp qeyd edib.

Fatimə Məmmədova 

21:15 23.01.2025

Oxunuş sayı: 950

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR