Netanyahu: "Mask İsrailin böyük dostudur”
İsrailin baş naziri Benyamin Netanyahu X hesabında amerikalı milyarder İlon Maskın "nasist" olması ittihamına istinad edərək dəstəyini ifadə edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu “İlon İsrailin böyük dostudur” ifadəsini işlədib və Maskın 2023-cü il oktyabrın 7-dən sonra İsrailə səfər etdiyini xatırladıb.
O, Mask'a təşəkkür edərək, İsraili hər zaman "qüvvətlə" dəstəklədiyini bildirib.
Qeyd edək ki, Mask Donald Trampın andiçmə mərasimində çıxış edərkən, "nasist salamına" bənzər hərəkət göstərib.
Maskın bu addımı mübahisələrə səbəb olub.
Aybəniz Səfərova
18:39 23.01.2025
Oxunuş sayı: 1386