CROSSMEDIA - Faktiki hava açıqlanıb
Ekologiya

Faktiki hava açıqlanıb

Saat 10:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti yağmursuz keçib.

Crossmedia.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ötən gün bəzi şərq rayonlarında arabir yağıntılı olub.

Məlumata görə, düşən yağıntının miqdarı Biləsuvar, Yardımlıda 2, Ordubad, Şəki, Şabran, Astarada eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dir. Dağlıq rayonlarda qar yağıb, yağan qarın hündürlüyü Qrızda (Quba) 16, Altıağacda 9, Lerik, Şamaxıda 3, Şahbuzda 2, Xaltan, Lənkəran, Qobustan, Daşkəsəndə 1 sm-dir.

Qərb küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq arabir Şahdağda 20 m/s, Goranboyda 19 m/s, Naftalanda 18 m/s, Mingəçevirdə 16 m/s-dək güclənib. Şamaxı, Qrız, Şahdağ, Lerik, Şəki, Qubada duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 2 dərəcə şaxtadan 5 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

10:55 21.01.2025

Oxunuş sayı: 459

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR