Xüsusi şərtlərlə pensiya alanların sayı açıqlanıb
2026-cı ilin oktyabr ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 963 nəfər olub.
Bu barədə Crossmedia.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, onların 116 561 nəfəri yaşa, 12 184 nəfəri əlilliyə, 23 218 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.
10:44 03.11.2026
Oxunuş sayı: 68