Son dəqiqə: İran Azərbaycanla sərhədə ballistik raketlər yerləşdirir
İranın Azərbaycanla sərhəd ərazilərinə ballistik raket buraxılış qurğuları yerləşdirdiyi barədə məlumatlar yayılıb.
Crossmedia.az xəbər verir ki, “Araz News” yerli mənbələrə istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, son günlər İran Araz çayının cənub sahilində hərbi mövcudluğunu gücləndirib.
Sosial şəbəkələrdə yayılan fotolarda ballistik raket buraxılış qurğusu olduğu ehtimal edilən texnika və bir neçə hərbi nəqliyyat vasitəsinin əks olunduğu bildirilir.
Bununla yanaşı, İranın dövlət mediası ölkənin ali rəhbəri Müctəba Xameneinin yüksək rütbəli hərbi komandirlərlə görüşü barədə məlumat yayıb.
Bildirilib ki, görüş zamanı hərbi rəhbərlik ölkənin şimal-qərb sərhədlərində yerləşən bölmələrin döyüş hazırlığı barədə hesabat təqdim edib.
Qeyd edək ki, Azərbaycan sərhədi yaxınlığında ballistik raket sistemlərinin yerləşdirilməsi barədə iddialar hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Yayılan fotoların dəqiq çəkiliş yeri, tarixi və hərbi texnikanın təyinatı da müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
09:15 03.11.2026
Oxunuş sayı: 102