Dövlət qulluğuna qəbul imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ
İnzibati dövlət qulluğu vəzifələrinin A (AB,AC) və B (BA, BB) növü üzrə 5 noyabr 2026-cı il tarixində keçiriləcək test imtahanlarında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Crossmedia.az xəbər verir ki, bu barədə DİM məlumat verib.
Bildirilib ki, imtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni "Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı" xidməti vasitəsi ilə əldə edə bilərlər.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
12:51 26.10.2026
Oxunuş sayı: 55