Fransiyada bahalaşmaya qarşı etirazlarda 1000-ə yaxın şəxs saxlanılıb
Fransada qiymət artımına qarşı keçirilən kütləvi etiraz aksiyaları zamanı təxminən 1000 nəfər saxlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “RİA Novosti” ölkənin daxili işlər naziri Loran Nunesə istinadən məlumat yayıb.
Nazir bildirib ki, açıqlanan rəqəmlər ilkin xarakter daşıyır. Dəqiqləşdirilmiş məlumatlar əsasında saxlanılanların sayının xeyli artacağı gözlənilir.
09:38 25.10.2026
Oxunuş sayı: 63