ABŞ-də atışma nəticəsində 12 nəfər xəsarət alıb
ABŞ-nin Florida ştatının Talahassi şəhərində baş verən atışma nəticəsində azı 12 nəfər, o cümlədən altı azyaşlı xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Tallahassee Democrat” qəzeti polisə istinadən məlumat yayıb.
Atışma şənbə günü axşam Florida Kənd Təsərrüfatı və Mexanika Universitetinin (FAMU) Bragg Memorial stadionunun yaxınlığında baş verib.
Məlumata görə, xəsarət alanlardan üçünün vəziyyəti ağırdır. Onlardan biri hazırda kritik vəziyyətdədir.
09:12 25.10.2026
Oxunuş sayı: 72