Bərdədə ağır qəza: Kənd sakini hadisə yerində öldü
Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə Kələntərli kəndi ərazisində qeydə alınıb.Məlumata görə, Mənsur Əliyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olarkən eşşək arabası ilə toqquşub.
Qəza nəticəsində arabada olan kənd sakini Arif Babaşov müxtəlif xəsarətlər alıb. O, hadisə yerində dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma aparılır.
10:01 28.09.2026
Oxunuş sayı: 50