ABŞ-dən olan basketbolçu Qeylen Smit Azərbaycan klubuna qayıdıb
NTD ABŞ-dən olan basketbolçu Qeylen Smiti heyətinə qatıb.
Bu barədə Crossmedia.az- a klubdan məlumat verilib.
27 yaşlı oyunçunun müqaviləsinin müddəti mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, Qeylen Smit 2023/2024 və 2024/2025 mövsümlərində NTD-nin formasını geyinib.
09:47 28.09.2026
Oxunuş sayı: 42