TikTok-da quzu satışı adı ilə dələduzluq edən şəxs saxlanılıb
“TikTok”da xırdabuynuzlu heyvanların satışı ilə bağlı saxta elanlar yerləşdirərək vətəndaşlardan beh alan şəxs saxlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə polis məlumat yayıb.
Araşdırma zamanı müəyyən edilib ki, 32 yaşlı Orxan Həsənov “TikTok” platformasında quzu və digər xırdabuynuzlu heyvanların satışı ilə bağlı saxta elanlar yerləşdirib. O, elanlarla maraqlanan şəxslərdən əvvəlcədən beh alıb, daha sonra isə onlarla əlaqəni kəsib.
Daxil olan şikayətlər əsasında polis əməkdaşları şübhəli şəxsin kimliyini müəyyənləşdirib və onu Sumqayıt şəhərində saxlayıblar.
Faktla bağlı araşdırma aparılır.
14:24 21.09.2026
Oxunuş sayı: 68