Pezeşkian Nyu-Yorka gedir: BMT-də çıxış edəcək:
İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək və çıxış etmək üçün sentyabrın 22-də Nyu-Yorka yola düşəcək. BMT-nin məlumatına görə, sessiyanın yüksək səviyyəli həftəsi sentyabrın 22-dən 28-dək keçiriləcək.
Crossmedia.az xəbər verir ki, İran dövlət televiziyası və yerli mənbələr bu barədə məlumat yayıb.
Pezeşkianın sessiya çərçivəsində BMT Baş Assambleyasının iclasında çıxış edəcəyi gözlənilir. İran prezidentinin səfəri zamanı müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələri ilə görüşlər keçirməsi də nəzərdə tutulur.
İran Prezidentinin ofisinin məlumatına görə, Pezeşkianı səfər zamanı müşayiət etməli olan media heyətinin heç bir üzvünə ABŞ vizası verilməyib. Bu barədə ilkin məlumat İranın “ISNA” agentliyinə istinadən yayılıb.
İranın xarici işlər naziri Abbas Əraqçi isə artıq Nyu-Yorkdadır.
14:18 21.09.2026
Oxunuş sayı: 52