Təyyarə qəzası iki nəfərin həyatına son qoydu
Braziliyanın Mato-Qrosso ştatında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Hadisə Poksoreu şəhərinin kənd ərazisində baş verib.
Crossmedia.az xəbər verir ki, “Tasnim” bu barədə məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində iki nəfər həyatını itirib. Hadisənin başvermə səbəbləri barədə əlavə məlumat verilməyib.
10:50 20.09.2026
Oxunuş sayı: 50