Almaniyada hərbi aerodrom yaxınlığında PUA hissələri aşkarlanıb
Almaniyada Hannover yaxınlığındakı Vunstorf hərbi aerodromunun yaxınlığında pilotsuz uçuş aparatının (PUA) hissələrinin aşkarlanmasından sonra araşdırma başlanıb.
Crossmedia.az xəbər verir ki, “Bild” bu barədə məlumat yayıb.
Almaniya prokurorluğu PUA hissələrinin aşkarlanması ilə bağlı araşdırma aparır.
“DPA”nın prokurorluğa istinadən yaydığı məlumata görə, müstəntiqlər tapıntının Leypsiq/Halle hava limanında baş vermiş insidentlə mümkün əlaqəsini də yoxlayırlar.
16:17 18.09.2026
Oxunuş sayı: 40